Azərbaycan Gürcüstandan mineral su və limonad idxalını azaldıb

Azərbaycan Gürcüstandan mineral su və limonad idxalını azaldıb
  • Clock-gray 12:05
  • calendar-gray 23 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Azərbaycana mineral su və limonad ixracının həcmi əvvəlki illə müqayisədə 38,7% (6 484,8 min litr) azalaraq 10 269,9 min litrə enib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 6 277,8 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5 186,7 min dollar və ya 45,2% azdır.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan Azərbaycana 11 464,5 min dollar dəyərində 16 754,7 min litr süfrə suyu ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date