Azərbaycan Gürcüstandan polad boru və profil idxalını 40% azaldıb

Azərbaycan Gürcüstandan polad boru və profil idxalını 40% azaldıb
  • Clock-gray 12:55
  • calendar-gray 23 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Azərbaycana polad və ya dəmirdən olan boruların və profillərin ixracı 747 ton və ya 19,9% azalaraq 2 955,4 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ixrac edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 2 760,6 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 786,8 min dollar və ya 39,2% azdır. 2018-ci ildə Azərbaycan Gürcüstandan 4 547,4 min dollar dəyərində 3 742,4 ton məhsul idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date