Azərbaycan Türkiyədə yaradılan xarici kapitallı səhmdar cəmiyyətlərin sayına görə ilk üçlükdə yer alıb

Azərbaycan Türkiyədə yaradılan xarici kapitallı səhmdar cəmiyyətlərin sayına görə ilk üçlükdə yer alıb
  • Clock-gray 17:28
  • calendar-gray 11 Dekabr 2019

Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyədə xarici kapitalın iştirakı ilə yaradılan səhmdar cəmiyyətlərin sayına görə Azərbaycan ölkələrin sıralanmasında üçüncü yerdə qərarlaşıb.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan sərmayəsinin iştirakı ilə 31 səhmdar cəmiyyəti yaradılıb.

Məlumata əsasən, sıralanmada 49 şirkətlə İran lider olub, ikinci yerdə isə 45 şirkətlə Almaniya qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə cari ilin yanvar-oktyabr ayları ərzində 949-u səhmdar cəmiyyəti olmaqla, ümumilikdə 10 682 xarici sərmayəli şirkət yaradılıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date