Azərbaycan bu il qızıl və gümüş satışından 20,5 mln. manatdan çox vəsait cəlb edib

Azərbaycan bu il qızıl və gümüş satışından 20,5 mln. manatdan çox vəsait cəlb edib
  • Clock-gray 16:03
  • calendar-gray 29 İyun 2020

Azərbaycan bu il qızıl və gümüş satışından ölkə iqtisadiyyatına 20 543 919,65 manat cəlb edib.

"AzerGold" QSC-dən "APA-Economics"ə vdrilən məlumata görə, QSC cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703,97 unsiya qızıl, 15 273,95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658,62 ABŞ dolları (20 543 919,65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Məlumatda bildirilir ki, bununla cari ilin birinci yarım ili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507,23 dollara (73 525 862,29 manata) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.

Emil İsmayılov

Digər xəbərlər