Azərbaycan əhalisi iyunda nağd dollar alışını azaldıb

Azərbaycan əhalisi iyunda nağd dollar alışını azaldıb
  • Clock-gray 17:00
  • calendar-gray 24 İyul 2020

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 144 686,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 34 746,1 min dollar və ya 19,4 % azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, may ayı ilə müqayisədə isə iyunda ölkə əhalisi dollar alışını 83 128,5 min dollar və ya 36,5% azaldıb.

Bundan başqa, bu ilin iyun ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 103 487,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 38 354,7 min dollar və ya 27% azdır, bu ilin may ayı müqayisədə isə 32 293,7 min dollar və ya 45,4% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər