Azərbaycan əhalisi mayda nağd dollar alışını azaldıb

Azərbaycan əhalisi mayda nağd dollar alışını azaldıb
  • Clock-gray 16:57
  • calendar-gray 25 İyun 2020

Bu ilin may ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 227 815,4 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 54 431,4 min dollar və ya 31,4 % çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, aprel ayı ilə müqayisədə isə mayda ölkə əhalisi dollar alışını 76 255,2 min dollar və ya 25,1% azaldıb.

Bundan başqa, bu ilin may ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 71 194,2 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 99 563,1 min dollar və ya 2,4 dəfə azdır, bu ilin aprel ayı müqayisədə isə 29 220,4 min dollar və ya 69,6% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər