Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 39% azalıb

Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 39% azalıb
  • Clock-gray 11:17
  • calendar-gray 01 İyun 2020

Koronavirus pandemiyası ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.

"APA-Economics"in məlumatına görə, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə "İxrac İcmalı"nın 2020-ci ilin may sayının onlayn təqdimatında deyib.

Onun sözlərinə görə, bu ilin aprel ayında ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 mln. manat təşkil edib: "Ümumilikdə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 mln. manat təşkil edib".

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aparılan əməliyyatların həcmi 38,8% azalıb.

Hüseyn Vəliyev

Digər xəbərlər