Azərbaycana humanitar yük idxalı ötən il kəskin azalıb

Azərbaycana humanitar yük idxalı ötən il kəskin azalıb
  • Clock-gray 14:12
  • calendar-gray 14 Yanvar 2020

2019-cu ildə Azərbaycana 30 261 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2018-ci il ilə müqayisədə 28 895,29 min dollar və ya 2 dəfəyədək azdır.

Bununla yanaşı hesabat dövründə Azərbaycan 966,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib ki, bu da illik müqayisədə 836,16 min dollar və ya 7,4 dəfə çoxdur.

Nərmin Rəhimova

Digər xəbərlər