Azərbaycanda POS-terminal və ATM-lərin sayı azalıb

Azərbaycanda POS-terminal və ATM-lərin sayı azalıb
  • Clock-gray 17:12
  • calendar-gray 25 İyun 2020

Azərbaycanda POS-terminalların sayı may ayı ərzində 1 641 vahid və ya 2,9% azalaraq iyun ayının 1-nə 55 027 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, POS-terminalların 35 952 ədədi və ya 65,3%-i Bakıda, 19 075 ədədi və ya 34,7%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların (ATM) sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı may ayı ərzində 82 ədəd və ya 3,1% azalıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə bankomatların sayında 93 ədəd, POS-terminallar üzrə isə 12 441 ədəd azalma olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər