Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 18% azalıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 18% azalıb
  • Clock-gray 11:36
  • calendar-gray 29 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 31 270,9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 21 315 min manat ödəniş həyata keçirilib. Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 17,8%, ödənişlər isə 15,4% azalıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 17 400,5 min manat yığım, 5 155,1 min manat həcmində ödəniş həyata keçirilib. Bu da, öz növbəsində, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,8% və 13,3% artım deməkdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər