Azərbaycanda bank müştərilərinin kredit hesabları 10 aylıq minimuma enib

Azərbaycanda bank müştərilərinin kredit hesabları 10 aylıq minimuma enib
  • Clock-gray 17:57
  • calendar-gray 02 İyun 2020

Azərbaycanda bank müştərilərinin kredit hesabları aprel ayında 136 275 ədəd və ya 5% azalaraq may ayının 1-nə 2 618 417 ədədə enib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-nin məlumatına əsasən bu son 10 ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

Qeyd edək ki, mayın 1-nə ölkədə bank müştərilərinin sayı 8 069 176 nəfər, bank müştərilərinin cəmi hesabları 19 391 891 ədəd təşkil edib. Müştəri hesablarının 13,5%-ni məhz kredit hesabları əhatə edib.  

Nərmin Rəhimova

Digər xəbərlər