Azərbaycanda bank sektorunun kredit qoyuluşu artıb

Azərbaycanda bank sektorunun kredit qoyuluşu artıb
  • Clock-gray 11:06
  • calendar-gray 31 Mart 2020

Bu ilin martın 1-nə Azərbaycanda bank sektorunun kredit qoyuluşlarının həcmi 15 299,1 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Kredit qoyuluşlarının həcmi fevral ayının biri ilə müqayisədə 182,7 mln. manat və ya 1,2%, yanvarın 1-i ilə müqayisədə isə 398,2 mln. manat və ya 2,7% artıb.

Ötən il mart ayının 1-i ilə müqayisədə isə kredit qoyuluşlarının həcmində 2 668,2 mln. manat və ya 21,1%-lik artım qeydə alınıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date