Azərbaycanda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqları tətbiq oluna bilər

Azərbaycanda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqları tətbiq oluna bilər
  • Clock-gray 16:59
  • calendar-gray 24 İyul 2020

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun növbəti onlayn iclası keçirilib.

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclas zamanı ölkə daxilində ödəniş kartları ilə aparılan müxtəlif növ əməliyyatlarda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqlarının tətbiq edilməsi müzakirə edilib və bu siyasətin tətbiq edilməsi dəstəklənib. Həmçinin Azərbaycan Mərkəzi Bankı tərəfindən qarşısında bununla bağlı duran məsələlərin qaldırılması qərara alınıb.

Müzakirələr zamanı beynəlxalq kart təşkilatlarından olan "Mastercard Worldwide" ilə göstərilən xidmətlərə görə hesablaşmaların aparılması zamanı ikiqat vergitutmanın tətbiq olunduğu açıqlanaraq, bu məsələdə dəstək olmaq üçün aidiyyəti hökumət qurumlarına müraciət edilməsi razılaşdırılıb.

Görüşdə həmçinin "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində "Baza bank xidmətləri paketi" layihəsinə toxunularaq tətbiqi istiqamətləri müzakirə edilib.

Bır sıra mövzuların müzakirə edildiyi görüşdə Azərbaycanın ödəniş ekosistemində təmsil olunan müxtəlif maliyyə institutları, o cümlədən pul köçürmə sistemlərinə münasibətdə eksklüziv yanaşmanın aradan qaldırılması zərurəti də qeyd edilib.

APA-Economics

Digər xəbərlər