Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi 12% artıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi 12% artıb
  • Clock-gray 10:25
  • calendar-gray 03 İyun 2020

Bu ilin aprel ayı ərzində Azərbaycanda dövriyyədə olan debet kartları ilə 1,832 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 27,1% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 12% artım qeydə alınıb.

Aprel ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,365 mlrd. manatı ATM, 189 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 225 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 1,779 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 26,7% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15,2% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 53 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 37,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 41,8% azalıb.

Qeyd edək ki, cari ilin mayın 1-nə Azərbaycanda 7 192 min ədəd debet kartı olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər