Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi sentyabrda 3% azalıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi sentyabrda 3% azalıb
  • Clock-gray 17:55
  • calendar-gray 30 Oktyabr 2020

Azərbaycanda dövriyyədə olan debet kartları ilə bu ilin sentyabr ayı ərzində 2,246 mlrd. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 3,4% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,5% artım qeydə alınıb.

Sentyabr ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,599 mlrd. manatı ATM, 247 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 288 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,134 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3,7% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28,5% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 112 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 2,7% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6% azalıb.

Qeyd edək ki, cari ilin oktyabrın 1-nə Azərbaycanda 7 910 min debet kartı olub. Bu, aylıq müqayisədə 2,2%, illik müqayisədə isə 21,6% artım deməkdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər