Azərbaycanda depozitlərin gəlirliyi azalıb

Azərbaycanda depozitlərin gəlirliyi azalıb
  • Clock-gray 12:15
  • calendar-gray 03 Aprel 2020

Bu ilin martın 1-nə Azərbaycanda manatla yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 9,04%, xarici valyuta ilə əmanətlərdə 1,64% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, orta faiz dərəcəsi manatla depozitlər üzrə aylıq 0,22 faiz bəndi, xarici valyuta üzrə isə 0,25 faiz bəndi azalıb.

Ötən ilin eyni dövrünə nisbətən isə manatla depozitlərin orta faiz dərəcəsində 0,49 faiz bəndi, xarici valyuta ilə depozitlərdə isə 0,6 faiz bəndi azalma qeydə alınıb.

Bildirək ki, 1 mart 2020-ci il tarixinə fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz dərəcəsi 9,38%, xarici valyuta ilə əmanətləri üzrə isə 2,30% təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər