Azərbaycanda e-ticarətin həcmi 47% artıb

Azərbaycanda e-ticarətin həcmi 47% artıb
  • Clock-gray 11:20
  • calendar-gray 03 İyun 2020

Azərbaycanda bu ilin aprel ayı ərzində bank kartları vasitəsilə 261 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə e-ticarət əməliyyatlarının həcmində 14,4% azalma olduğunu göstərir. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə elektron ticarətin həcmində 18% artım müşahidə olunub.

AMB-nin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları ərzində ölkədə kartlar vasitəsilə həyata keçirilən elektron ticarət əməliyyatlarının həcmi isə 1 103 mln. manat təşkil edib. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmində 47% artım deməkdir.

Nərmin Rəhimova

Digər xəbərlər