Azərbaycanda fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi azalıb

Azərbaycanda fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi azalıb
  • Clock-gray 14:17
  • calendar-gray 03 İyun 2020

Azərbaycanda maliyyə kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu il mayın 1-nə olan məlumata əsasən, fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,43%, xarici valyuta ilə verilən kreditlər üzrə 8,96% təşkil edib.

AMB-nin hesabatında bildirilir ki, bu göstərici aprelin birində müvafiq olaraq 16,47% və 9,05%, ötən il mayın 1-də isə 17,12% və 13,47% olub.

Beləliklə, məlumatlardan göründüyü kimi, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsində illik 4,5 faiz bəndi azalma qeydə alınıb.

Nərmin Rəhimova

Digər xəbərlər