Azərbaycanda icbari sığorta bazarı 7%-ə yaxın artıb

Azərbaycanda icbari sığorta bazarı 7%-ə yaxın artıb
  • Clock-gray 14:55
  • calendar-gray 24 İyul 2020

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 127 444,3 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 31 012,7 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 6,6% artıb, ödənişlər isə 13,4% azalıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 18,5% artaraq 30 122,1 min manat, ödənişlər isə 17,9% azalaraq 1 082,5 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 97 322,3 min manat sığorta haqqı yığılıb, 29 930,3 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4% artım və 13,3% azalma deməkdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər