Azərbaycanda illik inflyasiya 2,9% təşkil edib

Azərbaycanda illik inflyasiya 2,9% təşkil edib
  • Clock-gray 12:14
  • calendar-gray 12 Avqust 2020

2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyul aylarına nisbətən 102,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 %, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0% təşkil edib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7%, əvvəlki ilin iyul ayına nisbətən 102,7% olub.

2020-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3%, əvvəlki ilin iyul ayına nisbətən 104,6% təşkil etmişdir.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, yoqurtun, xamanın, brınza pendirinin, limonun, bananın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, üzümün, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, kartofun, təzə göbələyin, şəkər tozunun, təbii balın, spirtli içkilərin, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, dondurulmuş balığın, kəsmiyin, yumurtanın, süfrə marqarininin, almanın, kivinin, göyərtinin, sarımsağın, mərcinin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin iyul ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0%, əvvəlki ilin iyul ayına nisbətən isə müvafiq olaraq 101,3 və 101,1% təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətlərinin indeksi 103% təşkil edib.

APA-Economics

Digər xəbərlər