Azərbaycanda istehlak kreditləşməsi 13% artıb

Azərbaycanda istehlak kreditləşməsi 13% artıb
  • Clock-gray 16:16
  • calendar-gray 24 İyul 2020

Bu ilin iyulun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 738,3 mln. manat və ya 12,7% artaraq 6 540 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 35,2 mln. manat və ya 0,5% azalıb.

İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi 44,9% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 1,9 faiz bəndi çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər