Azərbaycanda istehlak kreditləşməsi apreldə 4% azalıb

Azərbaycanda istehlak kreditləşməsi apreldə 4% azalıb
  • Clock-gray 11:36
  • calendar-gray 01 İyun 2020

Bu ilin mayın 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 1 188,4 mln. manat və ya 21,5% artaraq 6 704,2 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 256,6 mln. manat və ya 3,7% azalıb. İlin əvvəlindən isə bu göstərici 274,5 mln. manat və ya 3,9% azalıb.

İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi isə 44,3% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi azdır, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 1,9 faiz bəndi çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər