Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 22% artıb

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 22% artıb
  • Clock-gray 15:43
  • calendar-gray 03 İyun 2020

Bu ilin mayın 1-nə Azərbaycanda kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 103,5 mln. manat və ya 21,7% artaraq 583,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, kənd təsərrüfatı və emal sektoruna kredit qoyuluşu aylıq müqayisədə 55,8 mln. manat və ya 10,6% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,9 % təşkil edib. İllik müqayisədə bu göstərici 0,2 faiz bəndi, aylıq müqayisədə isə 0,5% bəndi artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər