Azərbaycanda könüllü tibbi sığorta bazarı 9% artıb

Azərbaycanda könüllü tibbi sığorta bazarı 9% artıb
  • Clock-gray 12:03
  • calendar-gray 29 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 69 729,7 min manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 9,3% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 30 885,7 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər