Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi azalıb

Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi azalıb
  • Clock-gray 17:40
  • calendar-gray 24 İyul 2020

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin iyun ayı ərzində 140 mln. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 5,3% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,1% azalma qeydə alınıb.

İyun ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 38 mln. manatı ATM, 54 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 37 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 129 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,9% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 33% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 10 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 10%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 26,7% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər