Azərbaycanda maliyyə sektorunun işçi bazası 11%-dən çox artıb

Azərbaycanda maliyyə sektorunun işçi bazası 11%-dən çox artıb
  • Clock-gray 11:08
  • calendar-gray 19 Fevral 2020

Azərbaycanın maliyyə sektorunda çalışan muzdlu işçilərin sayı illik müqayisədə 2,8 min nəfər və ya 11% artaraq bu il yanvarın 1-nə 28 min nəfər təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 5,2 min nəfəri dövlət, 22,8 min nəfəri özəl sektorun payına düşüb.

Hesabata əsasən, artım dövlət sektorunda 0,4 min nəfər və ya 8,3%, özəl sektorda isə 2,4 min nəfər və ya 11,8% təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə bu işçilər üçün orta aylıq nominal əmək haqqı illik müqayisədə 12%-ə yaxın artaraq 1 630,9 manat (dövlət sektorunda 1 679,7 manat, özəl sektorda 1 619,3 manat) təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date