Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 4,1% artıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 4,1% artıb
  • Clock-gray 11:02
  • calendar-gray 13 Avqust 2020

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 517,3 mln. manat təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.

Bu ilin yeddi ayında informasiya və rabitə müəssisələri tərəfindən 1232,1 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 3% artıb. Bu sahədə əldə olunan gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər