Azərbaycanda muzdlu işçilərin maaşları ötən il 17%-ə yaxın artıb

Azərbaycanda muzdlu işçilərin maaşları ötən il 17%-ə yaxın artıb
  • Clock-gray 18:50
  • calendar-gray 17 Fevral 2020

Ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6% artaraq 634,8 manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3 108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.

 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date