Azərbaycanda nağd pul kütləsi son bir ayda 1,3% artıb

Azərbaycanda nağd pul kütləsi son bir ayda 1,3% artıb
  • Clock-gray 16:03
  • calendar-gray 25 İyun 2020

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 630,2 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 338,4 mln. manat və ya 1,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 796,2 mln. manat və ya 7,2% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyunun 1-nə 9 009,8 mln. manat təşkil edib. Bu isə aprelin 1-nə nisbətən 304,8 mln. manat və ya 3,5% artma deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 858,6 mln. manat və ya 10,5% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər