Azərbaycanda sığorta bazarı 11% artıb

Azərbaycanda sığorta bazarı 11% artıb
  • Clock-gray 15:24
  • calendar-gray 25 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 355 907 min manat həcmində sığorta haqqı yığılıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 136 799,9 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabat əsasən, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 11,5% artıb, ödənişlərdə isə 45,9% artım qeydə alınıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər