Azərbaycandakı bankların müştəri bazası fevralda 4,4% azalıb

Azərbaycandakı bankların müştəri bazası fevralda 4,4% azalıb
  • Clock-gray 11:30
  • calendar-gray 03 Aprel 2020

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin fevral ayı ərzində 355 283 nəfər və ya 4,4% azalaraq martın 1-nə 7 700 857 nəfər təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-nin hesabatına əsasən, martın 1-nə bank müştərilərinin 7 588 825 nəfərini fiziki şəxslər əhatə edib. Bank müştərisi olan fiziki şəxslərin sayı hesabat ayı ərzində 349 932 nəfər və ya 4,4% azalıb.

Hesabat ayında sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı da 13,7% azalaraq 331 900 nəfərdən 286 560 nəfərə enib.

Xatırladaq ki, bundan əvvəl bank müştərilərinin sayındakı azalma ən son 2018-ci ilin noyabr ayında (-6 213 nəfər və ya -0,1%) qeydə alınıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date