Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 dollar müəyyənləşdirilib

Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 dollar müəyyənləşdirilib
  • Clock-gray 11:14
  • calendar-gray 07 Avqust 2020

Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülüb.  

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, İqtisadiyyat Nazirliyi may ayında cari ilin sonuna ümumi daxili məhsulun 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyul ayında yeniləyərək 5,0 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Firuzə Vahid

Digər xəbərlər