Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb
  • Clock-gray 13:15
  • calendar-gray 20 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 1 696 203,93 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 801 263 min dollar və ya 1,9 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən ilin yanvar ayı ilə müqayisədə ixracın həcmi 810 903,1 min dollar və ya 2,1 dəfə artaraq 1 540 301,9 min dollara, idxalın həcmi isə 9 640,14 min dollar və ya 5,8% azalaraq 155 902,03 min dollara enib.

2020-ci ilin yanvar ayında 1 384 399,9 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 820 543,24 min dollar və ya 2,4 dəfə çoxalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date