Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 15% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 15% azalıb
  • Clock-gray 17:17
  • calendar-gray 21 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 939 170,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 165 392,1 min dollar və ya 7,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 628 min dollar və ya 0,1% artaraq 499 779,1 min dollar, idxalın həcmi isə 166 020 min dollar və ya 10,3% azalaraq 1 439 391 min dollar təşkil edib.

Nəticədə, bu ilin doqquz ayında 939 611,8 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 166 648 min dollar və ya 15,1% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər