Azərbaycanın bank sektorunun aktivləri son bir ildə 5,1% artıb

Azərbaycanın bank sektorunun aktivləri son bir ildə 5,1% artıb
  • Clock-gray 18:01
  • calendar-gray 31 May 2020

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 4,4% azalaraq cari il mayın 1-nə 31 272,8 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 5,1% artıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankın hesabatına əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 1,1% azalaraq 14 742,2 mln. manata enib. Son bir ildə bu göstərici 5,4% artıb. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 457 mln. manat məqsədli ehtiyat ayrılıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 5,1% azalaraq cari il mayın 1-nə 26 711,4 mln. manat təşkil edib. Öhdəliklərin 19 940,0 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 7 657,5 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

AMB-nin banklara qarşı tələbləri bilin əvvəlindəki 326,1 mln. manatdan mayın 1-nə 438,3 mln. manata yüksəlib.

Məlumata əsasən, cari il mayın 1-nə bank sektorunun cəmi kapitalı 4 561,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,5% azdır.

 

Nərmin Rəhimova

Digər xəbərlər