Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb
  • Clock-gray 15:39
  • calendar-gray 25 İyun 2020

Azərbaycanın bank sektoru bu ilin yanvar-may ayları ərzində 314,5 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Banklar bu müddətdə 799,2 mln. manat həcmində faiz gəlirləri (633,6mln. manat kreditlər üzrə faizlər), 263,1 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 201,2 mln. manat (130 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 476,4 mln. manat təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər