Azərbaycanın maliyyə sektoruna investisiya qoyuluşu yanvarda azalıb

Azərbaycanın maliyyə sektoruna investisiya qoyuluşu yanvarda azalıb
  • Clock-gray 11:50
  • calendar-gray 24 Fevral 2020

Azərbaycanda bu ilin yanvar ayı ərzində maliyyə və sığorta fəaliyyətinə 200 min manat investisiya yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu sahəyə yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% azalıb.

Yanvar ayı ərzində əsas kapitala yönəldilən cəmi sərmayənin 0,02%-i məhz maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. 

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çox vəsait yönəldilib. Bu artım daha çox neft-qaz sektoruna yatırılmış investisiyaların artması (28,8%) ilə bağlı olub, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi də 1% artıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date