Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr - SİYAHI

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr - SİYAHI
  • Clock-gray 13:24
  • calendar-gray 13 Avqust 2020

2020-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,9%, real ifadədə isə 14% azalaraq 911,9 mln. dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən  “APA-Economics”ə verilən məlumata görə, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,6%), Türkiyəyə (19,4%), İsveçrəyə (10,5%), Gürcüstana (8,4%), Çinə (3,1%), Ukraynaya (2,4%), İtaliyaya (2,1%), Qazaxıstana (1,6%), İrana (1,2%), Türkmənistana (1%), Belarusa (1%), ABŞ-a (0,9%), Almaniyaya (0,9%) göndərilən malların payı üstünlük təşkil edib.

Bildirək ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 11750,2 mln. ABŞ dolları təşkil edib

Ticarət dövriyyəsinin 6760,7 mln. dollarını və ya 57,5%-ni ölkədən ixrac olunmuş məhsulların, 4989,5 mln. dollarını (42,5%-ni) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1771,2 mln. dollar məbləğində müsbət saldo yaranıb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3%-i Rusiya, 14,8%-i Türkiyə, 13,3%-i Çin, 8,1%-i ABŞ, 5,3%-i Almaniya, 4,3%-i Ukrayna, 4,1%-i İtaliya, 2,8%-i İran, 2,7%-i Birləşmiş Krallıq, 1,9%-i Yaponiya, 1,8%-i Koreya, 1,7%-i Fransa, 20,9%-i isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.

2020-ci ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,3%, kartof – 32,0 %, meyvə və tərəvəz şirələri – 3,8%, bitki yağları – 1,8 dəfə, çay – 0,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 52,1%, polietilen – 39,8%, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 5,2% artıb, təzə meyvə ixracı isə 24,5%, şəkər – 25,9%, tütün – 25,9%, meyvə və tərəvəz konservləri – 0,8%, təbii üzüm şərabları və üzüm suslosu – 52,2%, pambıq lifi – 18,4%, pambıq ipliyi – 22,0%, emal olunmamış alüminium – 5,8 % azalıb.

 

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 15%, bitki yağları – 10,1%, xam şəkər və şəkər – 11%, kərə yağı, digər süd yağları və pastaları – 34,5%, çay – 10%, mal əti – 29,4%, quş əti və onun əlavə məhsulları – 2,1%, təzə tərəvəz – 26,4%, minik avtomobilləri – 29,2%, dərman vasitələri – 1,7 dəfə, polad prokatı – 10,5%, qara metallardan çubuqlar – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 23,1%, məişət soyuducuları – 39,2% artıb, buğda idxalı isə 37,8%, kartof – 0,8%, siqaretlər – 80,1%, qara metallardan borular – 13,5%, mineral gübrələr – 3,4%, rezin şinlər – 14,4%, məişət kondisionerləri – 24,7%, mebellər – 23,2%, yük avtomobilləri – 15,6%, polietilen – 14,8%, paltaryuyan maşınlar – 4,8%, qara metallardan künclüklər – 7%, avtobuslar – 24,8%, sement və sement klinkerləri – 92,1% azalıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər