Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb

Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb
  • Clock-gray 17:19
  • calendar-gray 13 Dekabr 2019

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xalis maliyyə aktivləri 590,3 mln. ABŞ dolları artıb.

APA-Economic”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 665,1 mln. dollar), portfel investisiyaları (299,1 mln. dollar) və digər investisiyalar (-1 373.9 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 250,4 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304,2 mln. dollar), neft bonusu (450,8 mln. dollar), portfel investisiyaları (-199,8 mln. dollar), törəmə maliyyə alətləri (-3,9 mln. dollar) və digər investisiyalar (-300,9 mln. dollar) hesabına formalaşıb.

Məlumatda bildirilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,7 mlrd. dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,2% təşkil edib.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (304,2 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (2 669,7 mln. dollar) kapitalın repatriasiyası (2 365,5 mln. dollar) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 421,2 mln. dollar olub.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date