BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 15:15
  • calendar-gray 08 İyul 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100283S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,4966 manat (6,51%) 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 435 984 000 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 manat (6,51%), orta ölçülmüş qiyməti 99,4966 manat (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 5 avqust 2020-ci ildir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər