BFB-də AMB-nin 50 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 50 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 16:25
  • calendar-gray 17 Yanvar 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 503002579S  50 mln. manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 97,3425 AZN (5,85%) və  97,9521 AZN (4,48%)olan 19 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269 252 700 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti  97, 9440 AZN (4,49%),orta ölçülmüş qiyməti isə 97,9511 AZN (4,48%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 6 iyul 2020-ci ildir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date