BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
  • Clock-gray 16:40
  • calendar-gray 25 Fevral 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106004788 ISIN-li, 25 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94,8834 manat (9,5000%) və 102,9599 manat (6,3999%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102,9599 manat (6,3999%), orta ölçülmüş qiyməti 102,9599 manat (6,3999%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 805 100 manat yerləşdirilən həcmi isə 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 21.02.2023-cü ildir.

Hərrac iştirakçıları 26 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər