BVF Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi üzrə proqnozunu açıqlayıb

BVF Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi üzrə proqnozunu açıqlayıb
  • Clock-gray 15:45
  • calendar-gray 21 Oktyabr 2020

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycanda əmtəə və xidmətlərin ixracının 28,9% azalaraq 28,56 mlrd. manat, idxalının isə 4,6% azalaraq 28,73 mlrd. manat təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin açıqlamasında deyilir.

Qeyd olunub ki, 2021-ci ildə ölkənin əmtəə və xidmətlər dövriyyəsi artacaq – ixrac 30,6 mlrd. manat, idxal – 31,4 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Fondun proqnozlarına görə, 2020-ci ildə ölkənin əmtəə və xidmətlər dövriyyəsinin saldosu müsbətdən mənfiyə düşərək 170 mln. manat təşkil edəcək. 2021-ci ildə isə mənfi saldo 800 mln. manata çatacağı gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsinin müsbət saldosu 10,06 mlrd. manata bərabər olub. Belə ki, ötən il ixrac 40,17 mlrd. manat, idxal isə 30,11 mlrd. manat təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər