BVF: Azərbaycanın qeyri-neft gəlirlərinin qeyr-neft ÜDM-də payı tədricən artacaq

BVF: Azərbaycanın qeyri-neft gəlirlərinin qeyr-neft ÜDM-də payı tədricən artacaq
  • Clock-gray 17:00
  • calendar-gray 22 Oktyabr 2020

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının artaraq bu il 24,8% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin hesabatında deyilir.

Bu göstəricinin tədricən artmasını gözləyən Fond dövlət büdcəsində qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 2021-ci ildə 25,4% təşkil edəcəyini güman edir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına əsasən, 2019-cu ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 10,595 mlrd. dollar və ya qeyri-neft ÜDM-in 21%-ni, BVF-nin hesablamalarına görə isə 24,5%-ni təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər