BVF: Gələn il Azərbaycanda geniş pul kütləsi 3,6% artacaq - PROQNOZ

BVF: Gələn il Azərbaycanda geniş pul kütləsi 3,6% artacaq - PROQNOZ
  • Clock-gray 12:10
  • calendar-gray 01 İyun 2020

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Azərbaycanda bu il geniş pul kütləsinin həcmi (M3) 1,5% azalacaq.

"APA-Economics"in Fonda istinadən verdiyi məlumata görə, 2021-ci ildə isə bu göstəricinin 3,6% artacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, bu ilin may ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 291,8 mln. manat təşkil edib. Bu, əvvəlki aya nisbətən 1,6% azdır, ötən ilin analoji dövrü ilə müqayisədə isə 7,4% çoxdur.

Xatırladaq ki, 2019-cu ildə ölkədə geniş pul kütləsinin həcmi 20% artaraq 28 866,3 mln. manata çatmışdı.

Mirsəid İbrahimzadə

Digər xəbərlər