BVF: Koronavirus pandemiyası 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərir

BVF: Koronavirus pandemiyası 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərir
  • Clock-gray 18:43
  • calendar-gray 09 Aprel 2020

"COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhran 1930-cu illərdə baş verən "Böyük Depressiya"dan sonra ən böyük iqtisadi tənəzzüldür və bu pandemiya 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərir".

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva deyib.

BVF-nin rəhbəri bildirib ki, bu böhran ən ağır zərbəni inkişaf etməkdə olan bazarlara və ölkələrə vuracaq: "Bu ölkələrin iqtisadiyyatının yenidən özünü bərpa etməsi üçün yüz milyardlarla dollarlıq xarici köməyə ehtiyac duyulacaq. Cəmi üç ay əvvəl, 2020-ci ildə üzv ölkələrin 160-da adambaşına düşən gəlirin artacağını gözləyirdik. Bu gün bu rəqəm tam tərsinə çevrilib. İndi 170-dən çox ölkədə bu il adambaşına düşən gəlir artımının mənfi olacağını proqnozlaşdırırıq".

O qeyd edib ki, ilin ikinci yarısında pandemiyanın yayılması səngiyərsə, BVF dünya iqtisadiyyatının 2021-ci ildə qismən bərpasını gözləyir, ancaq vəziyyətin daha da pisləşmə ehtimalı var: "Vəziyyətlə bağlı çox böyük qeyri-müəyyənliyin olduğunu vurğulamaq istəyirəm. Pandemiyanın müddəti də daxil olmaqla, bir çox dəyişkən amillərdən asılı olaraq vəziyyət pisləşə də bilər".

Zümrüd Paşkin

Digər xəbərlər