Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16% azalıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16% azalıb
  • Clock-gray 12:15
  • calendar-gray 30 İyun 2020

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7% azalaraq 1 759,5 mln. manat olub.

Bu barədə "APA-Economics"ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1 252,3 mln. manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 71,2%-ni təşkil edib.

APA-Economics

Digər xəbərlər