Bakıda ərzaq, içki və siqaret satışı artıb

Bakıda ərzaq, içki və siqaret satışı artıb
  • Clock-gray 13:06
  • calendar-gray 30 İyun 2020

Bu ilin yanvar-may aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azalaraq 8 184,2 mln. manat olub.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artaraq 3 863,3 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6% azalaraq 4 320,9 mln. manata bərabər olub.

Məlumata əsasən, istehlak məhsullarının 30,9% hüquqi şəxs statuslu müəssisələrdə, 51,4% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7% isə paytaxtın məhsul bazarlarında satılıb.

Emil İsmayılov

Digər xəbərlər