Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb

Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb
  • Clock-gray 16:33
  • calendar-gray 22 May 2020

Bu ilin yanvar-aprel aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,5% azalaraq 207,6 mln. manat olub.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 58,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 41,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 123,5 mln. manat olmuşdur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date