Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 37% azalıb

Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 37% azalıb
  • Clock-gray 13:13
  • calendar-gray 30 İyun 2020

Bu ilin yanvar-may aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37% azalaraq 235,2 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 38,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3% azalaraq 146,5 mln. manat olub.

Qeyd edək ki, buna səbəb COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə aprel ayından etibarən tətbiq olunan sərt karantin rejimidir.

APA-Economics

Digər xəbərlər